satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Prezidenti: Heç bir ölkənin daxili işlərinə qarışmamağa əsaslanan siyasətimiz beynəlxalq arenada dəstəklənir

Azərbaycan Prezidenti: Heç bir ölkənin daxili işlərinə qarışmamağa əsaslanan siyasətimiz beynəlxalq arenada dəstəklənir

Təxminən 200 ölkəni bir araya gətirən İqlim konfransına ev sahibliyi etmək böyük çağırış, böyük məsuliyyət, eyni zamanda, böyük nailiyyət idi.

Naxçıvan televiziyası xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində söyləyib.

Azərbaycanın bundan əvvəl BMT Baş Assambleyasından sonra ikinci böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına 4 il ərzində uğurla sədrlik etdiyini xatırladan dövlətimizin başçısı bildirib: “Bu onu göstərir ki, bizim dostluğa, əməkdaşlığa, heç bir ölkənin daxili işlərinə qarışmamağa əsaslanan siyasətimiz həqiqətən də beynəlxalq arenada dəstəklənir. Ona görə də biz belə qlobal, beynəlxalq bir tədbirə ev sahibliyi edə bilərik”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft qiymətləri

10:56 04.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM