Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib.
NTV xəbər verir ki, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov parlamentin “Cənubi Qafqazda sabitliyə "sülh missiyası" adlı hibrid hücum” mövzusunda ictimai müzakirədə deyib.
O bildirib ki, Prezident milli maraqlara uyğun müstəqil xarici siyasət həyata keçirir:
“Bu isə Qərbdə bəzi dairələrin maraqları ilə üst-üstə düşməyib. Bu səbəbdən həmin dairələr Avropa İttifaqının və onun müxtəlif dövlət institutlarının arxasında gizlənərək, erməni lobbisinin sifarişləri ilə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı təhdidlər, o cümlədən hibrid təhdidlər yaratmağa başladılar”.
Deputat qeyd edib ki, qərbdə olan bəzi qüvvələrin 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycana qarşı hibrit fəaliyyətləri daha aydın şəkildə özünü göstərməyə başlayıb.