satellite   Azerspace-1: 11135 H 30000

Leyla Əliyeva Nepalın Prezidenti Ramçandra Paudellə görüşüb

Leyla Əliyeva Nepalın Prezidenti Ramçandra Paudellə görüşüb

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Katmanduya səfəri zamanı Nepalın Prezidenti Ramçandra Paudel ilə görüşüb.

NTV xəbər verir ki, görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Nepalın Prezidentinə çatdıran Leyla Əliyeva iki ölkə arasında dostluq münasibətlərinin önəmini bir daha vurğulayıb.

COP29 zamanı Bakıya səfər etdiyini xatırladan Prezident Ramçandra Paudel Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşünün tarixi əhəmiyyətini qeyd edib və aparılan müzakirələrin ölkələrarası əlaqələrin inkişafına təkan verəcəyini bildirib.

Leyla Əliyeva Heydər Əliyev Fondu tərəfindən Nepalda bir sıra layihələrin icrasının nəzərdə tutulduğunu, səfər çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi, eləcə də Katmanduda şəhər xəstəxanasına ziyarət edildiyini bildirib.

Heydər Əliyev Fondunun Nepalda dəstək layihələrinin, eyni zamanda, sosial və səhiyyə sahələrini əhatə edəcəyi diqqətə çatdırılıb.

Görüşdə mövcud əlaqələrin müxtəlif sahələri, o cümlədən humanitar və iqlim dəyişmələri, davamlı inkişaf məsələlərini əhatə etməsinin vacibliyi vurğulanıb.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM