satellite   Azerspace-1: 11135 H 30000

İlham Əliyev: Azərbaycan və İran əlaqələrin inkişafına çalışır

İlham Əliyev: Azərbaycan və İran əlaqələrin inkişafına çalışır

İran Prezidentinin Azərbaycana səfəri əlaqələrin yüksək səviyyədə olduğunu göstərir.

NTV xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianla birgə mətbuat konfransında deyib.

Dövlət başçısı vurğulayıb ki, hər iki tərəf əlaqələrin inkişafına çalışmalıdır və çalışır:

“Bu gün imzalanan sənədlər onu göstərir ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq. Məramımız, məqsədimiz birdir, yəni İran-Azərbaycan əlaqələrini yüksək səviyyəyə qaldırmaqdır və bunun üçün də aidiyyəti üzrə göstərişlər bu gün verildi. Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayır, bu gün möhkəm təməl üzərində əlaqələrimiz inkişaf edir”, - dövlət başçısı qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM