satellite   Azerspace-1: 11135 H 30000

Bu il Azərbaycanda 85 mindən çox daşınmaz əmlak qeydiyyata alınıb

Bu il Azərbaycanda 85 mindən çox daşınmaz əmlak qeydiyyata alınıb

Bu ilin yanvar- mart aylarında Azərbaycanda daşınmaz əmlak üzərində 85 708 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

Bu barədə  NTV  İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, qeydiyyata alınan mülkiyyət hüququnun 13 424-ü (15,7%) ilkin, 72 284-ü isə (84,3%) isə təkrar qeydiyyatın payına düşüb.

İlin ilk rübündə fərdi yaşayış və bağ evi üzərində – 14 224, mənzil – 19 200, torpaq sahəsi – 49 386, qeyri-yaşayış binası – 709, qeyri-yaşayış sahəsi – 1 991, əmlak kompleksi – 147, çoxmərtəbəli yaşayış binası - 48 və çoxillik əkmələr üzərində - 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Qeydiyyata alınan mülkiyyət hüquqlarının 20 746-sı Bakının, qalan hissəsi isə bölgələrin payına düşüb.

Üç ayda 60 412 texniki pasport tərtib edilib, 14 444 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM