satellite   Azerspace-1: 11135 H 30000

Əziz Ələkbərli: İCESCO-nun Qərbi Azərbaycandaki abidələrin qorunmasına töhfə verməsini istəyirik

Əziz Ələkbərli: İCESCO-nun Qərbi Azərbaycandaki abidələrin qorunmasına töhfə verməsini istəyirik

İcma İCESCO-nun Qərbi Azərbaycandaki abidələrin qorunmasına töhfə verməsini istəyir.

NTV xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli İCESCO-nun Baş direktoru Səlim Əl-Maliklə görüşdə deyib.

Onun sözlərinə görə, qərbi azərbaycanlılar indiki Ermənistan ərazisində böyük mədəni irs yaradıblar:

“Bu irs təkcə müsəlmanların deyil, həm də dünyanın mədəni irsidir. Biz dünya ictimaiyyətinə həmin mədəni irs haqqında məlumat veririk, onların bərpa olunmasını tələb edirik, dağıdılmasının qarşısının alınmasını istəyirik. İstərdik ki, İCESCO da Qərbi Azərbaycandakı abidələrin qorunmasına töhfə versin. Biz bununla bağlı UNESCO-ya da müracət etmişik. Ancaq təəssüflər olsun ki, Ermənistan ərazisindəki Qərbi Azərbaycan abidələrinin monitorinqinə icazə verməyib”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM