satellite   Azerspace-1: 11135 H 30000

Sahibə Qafarova: Milli Məclisin növbədənkənar sessiyasında 45 qanun və qərar qəbul edilib

Sahibə Qafarova: Milli Məclisin növbədənkənar sessiyasında 45 qanun və qərar qəbul edilib

Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində 7 iclas keçirilib.

NTV xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova iyulun 14-də keçirilən plenar iclasda deyib.

Parlamentin sədri bildirib ki, sessiya ərzində 45 qanun və qərar qəbul edilib, 2 Konstitusiya qanunu təsdiqlənib, iki ictimai dinləmə təşkil olunub. Eyni zamanda, növbədənkənar sessiyada 5 beynəlxalq müqavilə və konvensiya qəbul edilib. Bununla da Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM