satellite   Azerspace-1: 11135 H 30000

Xidmət rəisi: Azərbaycanın dövlət qurumlarına qarşı siyasi motivli kiberhücumların sayı artıb

Xidmət rəisi: Azərbaycanın dövlət qurumlarına qarşı siyasi motivli kiberhücumların sayı artıb

Son dövrlərdə Azərbaycanın dövlət qurumlarına qarşı siyasi motivli kiberhücumların sayı artıb.

NTV  xəbər verir ki, bu sözləri Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi, general-leytenat İlqar Musayev Naxçıvanda keçirilən "Dövlət qurumlarının inormasiya təhlükəsizliyi rəhbərlərinin VII Zirvə Toplantısı"ndakı çıxışında deyib.

O qeyd edib ki, ötən dövr ərzində muxtar respublikanda faəliyyət göstərən dövlət informasiya sistemləri üzrə ümumilikdə 51 audit yoxlama tədbirləri həyata keçirilib ki, onun da 6-sı bu ilin payına düşür:

"Qeyd edilən statistika göstərir ki, həyata keçirilən işlər hələki burada fəaliyyət göstərən bütün qurumları tam əhatə etmir. Bu gün burada toplaşmağımızın əsas məqsədlərindən biri mövcud çatışmazlıqlarla yerində tanış olmaq, problemləri öyrənmək və informasiya təhlükəsizliyinin təmin olunması üçün Naxçıvan Muxtar Respublikası dövlət qurumlarına mümkün dəstəyi verməkdir".

Xidmət rəisinin sözlərinə görə, Azərbaycanın əldə etdiyi uğurların müəyyən ölkələr tərəfindən narahatlıqla qarşılanması kiberhücumların istiqamət və məqsədlərində də özünü göstərir:

"Bildiyiniz kimi, Xidmət 24/7 rejimində nəzarət perimetrinə aid dövlət informasiya ehtiyatlarını monitorinq edir, eyni zamanda baş verən kiberhücumların vektorlarını və məqsədlərini mütəmadi olaraq təhlil edir. Qeyd etmək istərdim ki, Prezident İlham Əliyevin siyasi və diplomatik uğurları bəzi ölkələr tərəfindən qısqanclıq və narahatlıqla qarşılanır və bu hal artıq kiberhücumların istiqamət və məqsədlərində də özünü göstərməkdədir.

Son dövrlərdə dövlət qurumlarına qarşı siyasi motivli kiberhücumların sayı artıb. Bu hücumların əsas hədəfi bir çox hallarda birbaşa informasiya sistemləri deyil, informasiya daşıyıcıları olan insan faktorudur. Hazırda bu istiqamətdə aparılmış təhlillər əsasında xüsusi hesabat hazırlanıb və ali rəhbərliyə təqdim edilib".

İ.Musayev əlavə edib ki, Naxçıvanda artıq 19 dövlət qurumu mühafizə olunan "AzsateNet" dövlət internet xidmətindən istifadə edir:

"Muxtar respublika ərazisində "Azstatenet" şəbəkəsinin genişləndirilməsi məqsədilə ümummillikdə 43 min 500 metr xüsusi rabitə xətləri çəkilib, xüsusi radiorabitə şəbəkəsinin təmin edilməsi məqsədilə 12 bazastansiya quraşdırılıb, daha öncə təhlükəsizlik tələblərinə cavab verməyən 47 dövlət informasiya resursu yenilənərək Xidmətin data mərkəzində saxlanılması təmin edilib, 19 dövlət qurumu mühafizə olunan "AzsateNet" dövlət internet xidmətindən istifadəyə başlayıb".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM