satellite   Azerspace-1: 11135 H 30000

Tokayev: İlham Əliyev fiziki cəhətdən güclüdür və daim məşq edir

Tokayev: İlham Əliyev fiziki cəhətdən güclüdür və daim məşq edir

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev MDB liderlərinin fiziki hazırlığından danışıb, Azərbaycan Prezidenti İlham Əliyevin fiziki hazırlığını xüsusi qeyd edib.

NTV-nin məlumatına görə, Tokayev bunu "Türkistan" qəzetinə müsahibəsində bildirib.

Qazaxıstan liderinin sözlərinə görə, İlham Əliyev fiziki cəhətdən güclüdür və işini bilərək daim məşq edir.

MDB-dəki digər həmkarları haqqında danışan Tokayev qeyd edib ki, Qırğızıstan Prezidenti Sadır Japarov futbol oynayır, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev idman zalında məşq edir, Ermənistanın baş naziri Nikol Paşinyanın velosiped idmanı ilə məşğul olur, Belarus Prezidenti Aleksandr Lukaşenkon hokkey oynamağa davam edir, "Rəhmon (Tacikistan Prezidenti Emoməli Rəhmon - red.) səhhətindən şikayət etmir; o, bərkimiş döyüşçü-dənizçidir".

"Beləliklə, bütün həmkarlarım əla formadadır", - o əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM