satellite   Azerspace-1: 11135 H 30000

Baş konsul: Çanaqqalada, Qurtuluş müharibəsində, Qarabağda böyük zəfərlər qazanmışıq

Baş konsul: Çanaqqalada, Qurtuluş müharibəsində, Qarabağda böyük zəfərlər qazanmışıq

Çanaqqalada, Qurtuluş müharibəsində, Qarabağda böyük zəfərlər qazanılıb.

NTV xəbər verir ki, bunu Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya Çanaqqala Zəfərinin 111-ci ildönümü münasibətilə təşkil olunan mərasimdə jurnalistlərə açıqlamasında deyib.

O, Çanaqqala savaşını son 111 ildə dünyanın ən mühüm hadisələrindən biri kimi dəyərləndirib:

"Bu zəfər təkcə türk tarixinə deyil, dünya tarixinə böyük təsir göstərib. Çanaqqala şəhidlərinin göstərdiyi qəhrəmanlıqları gələcək nəsillərə çatdırmaq bizim ən vacib məsuliyyətimizdir. Bu səbəbdən, belə mərasimlərə çox böyük önəm veririk. Ümumiyyətlə, torpağına, kökünə sahib çıxan xalqların hər zaman uğurlu olduğunu görülüb. Türkiyə və Azərbaycan bunun gözəl nümunələridir. Çanaqqalada, Qurtuluş müharibəsində, Qarabağda böyük zəfərlər qazanmışıq. İnşallah Türkiyə və Azərbaycan bundan sonra da hər zaman bir-birinin yanında olacaq".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM