satellite   Azerspace-1: 11135 H 30000

Bakıda İƏT-ə üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası keçirilir

Bakıda İƏT-ə üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası keçirilir

Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası keçirilir.

NTV xəbər verir ki, tədbirin açılış mərasimində İƏT ölkələri parlamentlərinin spikerləri və müavinləri, o cümlədən beynəlxalq təşkilatların nümayəndələrinin çıxışları gözlənilir.

Belə ki, 40-dan çox ölkənin parlament nümayəndə heyəti, 10-dan çox ölkə spikeri və 10 beynəlxalq təşkilatın nümayəndələrinin qatıldığı sessiyada "Parlament əməkdaşlığı vasitəsilə İƏT üzvü olan dövlətlərdə dayanıqlı və inklüziv iqtisadi inkişafın təşviqi" mövzusunda müzakirələr aparılacaq. Tədbirdə 400-dən artıq nümayəndənin iştirakı gözlənilir.

Tədbir çərçivəsində təşkilatın Baş Komitəsinin, İcraedici komitəsinin, Baş Katiblər Assosiasiyasının, Siyasi məsələlər və beynəlxalq əlaqələr, İqtisadi məsələlər və ətraf mühit, Hüquqi və mədəni, sivilizasiyalar və dinlərarası dialoq məsələləri, İnsan hüquqları, qadın və ailə məsələləri komitələrinin, həmçinin qurumun digər strukturlarının iclasları keçiriləcək, gündəlikdəki sənədlərə münasibət bildiriləcək.

Sessiya iyunun 25-də başa çatacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM