satellite   Azerspace-1: 11135 H 30000

Antalyada Asiya Parlament Assambleyasının plenar sessiyası keçiriləcək

Antalyada Asiya Parlament Assambleyasının plenar sessiyası keçiriləcək

Türkiyənin Antalya şəhərində təşkil olunan Asiya Parlament Assambleyasının 13-cü plenar sessiyasına hazırlıq işlər başa çatıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, iclasda Azərbaycanı Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə parlament nümayəndə heyəti təmsil edəcək.

Nümayəndə heyətimiz Asiya Parlament Assambleyasının (APA) plenar sessiyasının gündəliyinə daxil olan məsələlərin müzakirəsində iştirak edəcək, Azərbaycan tərəfinin mövqeyini bildirəcək.

Yanvarın 8-də APA-nın Siyasi məsələlər üzrə Daimi Komitəsinin və qurumun İcraiyyə Şurasının iclasları keçirilib.

Hər iki iclasda Azərbaycan parlamentini Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva təmsil edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM