satellite   Azerspace-1: 11135 H 30000

Milli Məclisin deputatları Avropa Parlamentində görüşlər keçirəcək

Milli Məclisin deputatları Avropa Parlamentində görüşlər keçirəcək

Milli Məclisin deputatları, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində nümayəndə heyətinin üzvləri Nurlan Həsənov və Sevil Mikayılova yanvarın 15-də Fransanın Strasburq şəhərinə səfər edəcəklər.

Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyinə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Millət vəkilləri Avropa Parlamentində bir sıra görüşlər keçirəcəklər. Görüşlərdə qarşılıqlı əməkdaşlığın inkişafı və digər aktual məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Səfər yanvarın 19-da başa çatacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM