satellite   Azerspace-1: 11135 H 30000

Litva Prezidenti Ermənistanın Laçın yolu ilə bağlı manipulyasiyaları barədə məlumatlandırılıb

Litva Prezidenti Ermənistanın Laçın yolu ilə bağlı manipulyasiyaları barədə məlumatlandırılıb

Litva Prezidenti Gitanas Nauseda Ermənistanın Laçın yolu ilə bağlı manipulyasiyaları barədə məlumatlandırılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Davosda Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüşdə dövlətimizin başçısı Ermənistanın beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə Laçın yolundakı hadisələrlə əlaqədar manipulyasiya ilə məşğul olduğunu və yalan məlumatlar əsasında guya yolun bağlı olduğunu iddia etdiyini deyib. Azərbaycan Prezidenti yolun mülki şəxslər və mülki təyinatlı yüklərin keçidi üçün açıq olduğunu, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə humanitar yüklərin sərbəst hərəkətinin təmin edildiyini bildirib.

Dövlətimizin başçısı, həmçinin Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına son qoyulmasının və kriminal ünsürlərin ərazidən çıxarılmasının vacibliyini vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM