satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstan parlamentinin aşağı palatası buraxılıb

Qazaxıstan parlamentinin aşağı palatası buraxılıb

Prezident Kasım-Jomart Tokayev Qazaxıstan Məclisinin (parlamentinin aşağı palatası) buraxılması barədə fərman imzalayıb. Eyni zamanda prezidentin fərmanına əsasən, yerli nümayəndəliklərin səlahiyyətləri də dayandırılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Kazınform agentliyinə istinadla xəbər verir ki, Məclisə növbədənkənar seçkilər martın 19-na təyin olunub.

Fərmanda qeyd olunur ki, parlamentin aşağı palatasına və yerli nümayəndəliklərə növbədənkənar seçkilərin keçirilməsi vətəndaşların ümummilli referendumda dəstəklədiyi konstitusiya islahatlarının məntiqinə əsaslanır. Bundan sonra deputatlarının 70 faizi partiya siyahılarına əsasən, 30 faizi isə birmandatlı dairələrdən seçiləcək.

Qazaxıstan konstitusiyasına əsasən Məclis deputatlarının səlahiyyət müddəti beş ildir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM