satellite   Azerspace-1: 11135 H 30000

Böyük Britaniya Parlamentində 20 Yanvar faciəsindən bəhs olunub

Böyük Britaniya Parlamentində 20 Yanvar faciəsindən bəhs olunub

Böyük Britaniya Parlamentinin Azərbaycan qrupunun sədri Bob Blekmen parlamentin iclasında 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar çıxış edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, qrupun sədri sovet qoşunlarının Azərbaycanda müstəqillik hərəkatının boğulması məqsədilə Bakıda xeyli sayda mülki şəxsi qətlə yetirməsinə diqqət çəkib. O, Britaniya hökumətini Qara Yanvar faciəsi nəticəsində həyatını itirənlərin yaxınlarına, bütövlükdə Azərbaycan xalqına başsağlığı və həmrəylik mesajı verməyə dəvət edib.

İcmalar Palatasının lideri Penni Mordont Qara Yanvar faciəsinin ildönümünə diqqət çəkdiyinə görə B.Blekmenə minnətdarlığını bildirib, Azərbaycan tarixinin mühüm hissəsi olan bu kədərli günün Birləşmiş Krallıqda hələ də bir çoxları tərəfindən xatırlandığını vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM