satellite   Azerspace-1: 11135 H 30000

Anadolu Agentliyi: 20 Yanvar - Azərbaycanın müstəqilliyinin dönüş nöqtəsi

Anadolu Agentliyi: 20 Yanvar - Azərbaycanın müstəqilliyinin dönüş nöqtəsi

Türkiyənin Anadolu Agentliyi 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı geniş məqalə və infoqrafika yayıb. Məlumat verilir ki, 20 Yanvar faciəsinin əsl səbəbkarı işğalçı Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və keçmiş Sovet İttifaqı rəhbərliyinin Azərbaycana göstərdiyi düşmənçilikdir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ-nin qoşun birləşmələrinin Azərbaycanda törətdikləri dəhşətlərdən bəhs edən məqalədə qanlı hadisənin təfərrüatı barədə Türkiyə ictimaiyyətinə geniş məlumat verilir.

“20 Yanvar: Azərbaycanın müstəqilliyinin dönüş nöqtəsi” sərlövhəli məqalədə Azərbaycana qarşı törədilən dəhşətli hərbi cinayətin səbəb və məqsədlərindən bəhs olunur.

Qanlı Yanvarın dəhşətlərini əks etdirən məqalədə diqqətə çatdırılır ki, törədilən cinayətlər təkcə Bakıda deyil, başqa şəhər və rayonlarda da davam edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM