satellite   Azerspace-1: 11135 H 30000

AŞPA-da İŞİD döyüşçüləri və onların ailələri ilə bağlı qərarlar qəbul ediləcək

AŞPA-da İŞİD döyüşçüləri və onların ailələri ilə bağlı qərarlar qəbul ediləcək

Yanvarın 22-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri və AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, nümayəndə heyətinin üzvləri deputatlar Erkin Qədirli, Rafael Hüseynov, Nigar Arpadarai, Kamal Cəfərov, Sabir Hacıyev, Könül Nurullayeva, Asim Mollazadə, Fazil Mustafa, Sevinc Fətəliyeva, Tural Gəncəliyev, Pərvin Kərimzadə AŞPA-nın növbəti sessiyasında iştirak etmək üçün Fransanın Strasburq şəhərinə səfər edəcəklər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, sessiyada Suriyadan və digər ölkələrdən Avropa Şurasına üzv dövlətlərə qayıdan İŞİD döyüşçüləri və onların ailələri ilə bağlı problemlər, silahlı münaqişələrin ətraf mühitə təsiri, münaqişə ilə əlaqəli cinsi zorakılıq, AŞPA-nın monitorinq prosedurları kimi məsələlər müzakirə olunacaq, müvafiq qərarlar qəbul ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM