satellite   Azerspace-1: 11135 H 30000

Sülhməramlıların avtomobil karvanının aksiya ərazisindən keçidi təmin edilib

Sülhməramlıların avtomobil karvanının aksiya ərazisindən keçidi təmin edilib

Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 41-ci günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, sülhməramlılara məxsus 3 minik, 21 yük avtomobili olmaqla 24 avtomobilin Laçından Xankəndi istiqamətinə sərbəst hərəkətinə şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir.

Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM