satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan XİN: Stokholmda Qurani-Kərimə qarşı təhqiramiz hərəkəti qınayırıq

Azərbaycan XİN: Stokholmda Qurani-Kərimə qarşı təhqiramiz hərəkəti qınayırıq

Azərbaycanın Xarici İşlər Nazirliyi Stokholmda Qurani-Kərimə qarşı təhqiramiz hərəkəti qınayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə XİN-in tviter səhifəsində paylaşım edilib.

Bildirilib ki, açıq nifrət cinayəti kimi islamofob hərəkətlər söz azadlığının ifadəsi deyil: “Biz İsveç hökumətini bu nifrət cinayətini törədənlərin tezliklə ədalət mühakiməsi qarşısına çıxarmasını təmin etməyə çağırırıq”.

Xatırladaq ki, yanvarın 21-də İsveçin dövlət qurumları Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında etiraz aksiyası keçirilməsinə icazə verib. Aksiya zamanı Qurani-Kərim yandırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM