satellite   Azerspace-1: 11135 H 30000

Ceyhun Bayramov Şimali Kiprin xarici işlər naziri ilə görüşüb

Ceyhun Bayramov Şimali Kiprin xarici işlər naziri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın paytaxtı Daşkənd şəhərində Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlu ilə görüşüb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Şimali Kiprin XİN başçısı tviterdə yazıb.

“Daşkənddə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla səmərəli müzakirə apardıq. Şimali Kipr xalqına verdiyi dəstəyə görə ona təşəkkür edirəm”, - nazir bildirib.

Qeyd edək ki, yanvarın 24-də Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 26-cı iclası keçirilib. C.Bayramov toplantıda iştirak edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM