satellite   Azerspace-1: 11135 H 30000

Böyük Qayıdışla bağlı qanunverici məsələləri araşdıran komissiya yaradılacaq

Böyük Qayıdışla bağlı qanunverici məsələləri araşdıran komissiya yaradılacaq

Ermənistanın işğalından azad olunmuş torpaqlara Böyük Qayıdışla bağlı insan hüquqları, postmüharibə dövründə birgəyaşayış istiqamətində qanunverici məsələləri araşdıran komissiya yaradılacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin 2023-cü ilin iş planına daxil edilib.

Yaz sessiyasında erməni işğalın azad olunmuş ərazilərə Böyük Qayıdışla bağlı insan hüquqları, postmüharibə dövründə birgəyaşayış istiqamətində qanunverici məsələləri araşdıran komissiyanın yaradılması, beynəlxalq insan hüquqları və hüquq-müdafiə təşkilatlarının iştirakı ilə bu istiqamətdə əməkdaşlıq layihəsinin təşkil edilməsi reallaşdırılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM