satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan XİN Holokost qurbanlarını anıb

Azərbaycan XİN Holokost qurbanlarını anıb

“Bu gün biz bəşər tarixinin ən üsyankar qəddar vəhşiliklərindən birinin - Holokost qurbanlarını yad edir və yas tuturuq".

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviterdə etdiyi paylaşımda bildirilib.

“Biz dini və etnik nifrət, soyqırım və insanlığa qarşı cinayətlərə qarşı həmrəyik”, - paylaşımda vurğulanıb.  

Qeyd edək ki, Holokost İkinci Dünya müharibəsi dövründə Avropa yəhudilərinə qarşı yönəlmiş soyqırımıdır. 1941-ci ildən 1945-ci ilədək nasist Almaniyası işğal olunan ərazilərdə sistematik olaraq 6 milyona yaxın yəhudini qətlə yetirib.

BMT Baş Assambleyasının 2005-ci il 1 noyabr tarixli qətnaməsinə əsasən, hər il yanvarın 27-si Holokost Qurbanlarının Anım Günü kimi qeyd olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM