satellite   Azerspace-1: 11135 H 30000

XİN: Azərbaycanın İrandakı səfirliyinin mühafizə xidmətinin rəisi qətlə yetirilib, iki nəfər yaralanıb

<strong>XİN: Azərbaycanın İrandakı səfirliyinin mühafizə xidmətinin rəisi qətlə yetirilib, iki nəfər yaralanıb</strong>

"Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub".

Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyinə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Hazırda bu xain hücum üzrə araşdırma gedir.

Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Allah şəhidimizə rəhmət eləsin!

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM