satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Azərbaycan xalqına başsağlığı verib

ABŞ Azərbaycan xalqına başsağlığı verib

ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycan xalqına başsağlığı verib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə diplomatik korpusun feysbuk səhifəsində məlumat paylaşılıb.

"Azərbaycanın Xarici İşlər Nazirliyində çalışan həmkarlarımıza və onların ailə üzvlərinə səfirlikdə baş verən faciəvi insidentlə bağlı başsağlığı verir, dərin kədərimizi bölüşürük. Eyni zamanda insident zamanı həyatını itirən Orxan Əsgərovun ailəsinə başsağlığı verir və yaralılara şəfa diləyirik", - paylaşımda deyilir.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.

Məlumata görə, Azərbaycan səfirliyinə hücum edən şəxs saxlanılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM