“Biz Azərbaycanın İrandakı səfirliyinə edilən ölümcül hücum xəbərindən sarsıldıq və hər cür zorakılığı pisləyirik".
Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann tviterdə yazıb.
“Düşüncələrimiz və dualarımız qurbanların ailələrilədir”, - o bildirib.
