satellite   Azerspace-1: 11135 H 30000

AŞPA-dakı nümayəndə heyətimiz Tehranda Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktı ilə bağlı bəyanat yayıb

AŞPA-dakı nümayəndə heyətimiz Tehranda Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktı ilə bağlı bəyanat yayıb

Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında iştirak edən qurumdakı Azərbaycan nümayəndə heyətinin üzvləri İranda Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktı ilə bağlı bəyanat yayıblar.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bəyanatda AŞPA qış sessiyasındakı Azərbaycan nümayəndə heyətinin 12 üzvü 2023-cü il yanvarın 27-də İran İslam Respublikasının paytaxtı Tehran şəhərində Azərbaycan Respublikasının səfirliyinə qarşı törədilmiş terror aktını sərt şəkildə qınayıb.

Nümayəndə heyətinin üzvləri səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Orxan Əsgərovun ailəsinə, yaxınlarına və millətimizə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirlər.

Bəyanatda terror aktının təxirə salmadan araşdırılması və cinayətkarların cəzalandırılması tələb edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM