satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan XİN İsrailə başsağlığı verib

Azərbaycan XİN İsrailə başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İsrailə bu ölkədə törədilmiş terror aktı ilə bağlı başsağlığı verib.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, bu barədə XİN-in tviter hesabında paylaşım edilib.

“Yerusəlimin Neve Yaakov məhəlləsindəki Sinaqoqda terror hücumunu şiddətlə qınayırıq. Həlak olanların ailəsinə başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirik”, - Azərbaycanın xarici siyasət idarəsi başsağlığında qeyd edib.

Qeyd edək ki, Yerusəlim şəhərində sinaqoqa silahlı hücum zamanı 8 nəfər həlak olub, daha 10 nəfər yaralanıb.

Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs güllələnib.

Hücum terror aktı kimi qiymətləndirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM