satellite   Azerspace-1: 11135 H 30000

Ned Prays: İran hökuməti xarici diplomatların təhlükəsizliyini təmin etməyə borcludur

Ned Prays: İran hökuməti xarici diplomatların təhlükəsizliyini təmin etməyə borcludur

Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyir və İran hökumətinə xatırladırıq ki, İrandakı xarici diplomatların təhlükəsizliyini təmin etməyə borcludur.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays tviter sosial şəbəkəsində yazıb.

Ned Prays terror aktı nəticəsində həlak olan Orxan Əsgərovun yaxınlarına başsağlığı verib, yaralılara şəfa diləyib.

Qeyd edək ki, yanvarın 27-də səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Avtomatla silahlanmış şəxs səfirliyin binasına daxil olaraq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, iki əməkdaşı isə yaralayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM