satellite   Azerspace-1: 11135 H 30000

Küveyt Dövləti Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib

Küveyt Dövləti Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib

Küveyt Dövləti İran İslam Respublikasının paytaxtı Tehranda Azərbaycan Respublikasının səfirliyinə edilən və əməkdaşlardan birinin ölümü, ikisinin yaralanması ilə nəticələnən silahlı hücumu qətiyyətlə pisləyib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Küveyt Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

Nazirlik Küveyt Dövlətinin zorakılığa və terrora qarşı prinsipial və dəyişməz mövqe tutduğunu vurğulayıb, bu hadisədə Azərbaycan Respublikası ilə həmrəyliyini və onun yanında olduğunu qeyd edib.

Küveyt XİN Azərbaycana və həlak olanın ailəsinə dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını diləyib.

Qeyd edək ki, yanvarın 27-də səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu olub. Avtomatla silahlanmış şəxs səfirliyin binasına daxil olaraq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, iki əməkdaşı isə yaralayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM