satellite   Azerspace-1: 11135 H 30000

Çexiya XİN: "Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyirik"

Çexiya XİN: "Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyirik"

Çexiyanın Xarici İşlər Nazirliyi Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyən bəyanat yayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Çexiya Xarici İşlər Nazirliyinin tviter hesabında yaydığı bəyanatda deyilir: “Çexiyanın Xarici İşlər Nazirliyi Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyir. Diplomatik nümayəndəliklərə hər hansı hücum qəbuledilməzdir. Səfirliyin həlak olan əməkdaşının ailəsinə başsağlığı verir və yaralılara şəfa diləyirik”.

Qeyd edək ki, yanvarın 27-də səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Avtomatla silahlanmış şəxs səfirliyin binasına daxil olaraq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, iki əməkdaşı isə yaralayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM