satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Dövlət Departamenti Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu kəskin qınayıb

ABŞ Dövlət Departamenti Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu kəskin qınayıb

ABŞ Dövlət Departamenti yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror hücumu ilə bağlı bəyanat yayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Dövlət Departamentinin saytında yer alan bəyanatda Birləşmiş Ştatların səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücum şiddətlə pislənib.

“Biz Prezident Əliyevin bu qəbuledilməz zorakılığın təcili araşdırılması ilə bağlı çağırışına qoşuluruq. Diplomatlara və ya diplomatik nümayəndəliklərə qarşı istənilən hücum qəbuledilməzdir. Biz İran hökumətinə Cenevrə Konvensiyasına uyğun olaraq, İrandakı xarici diplomatları qorumaq məsuliyyətini xatırladırıq”, - deyə bəyanatda qeyd olunub.

Dövlət Departamentinin bəyanatında həmçinin terror hücumu nəticəsində həlak olan Azərbaycan vətəndaşının ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib, yaralananlara tezliklə şəfa arzu olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM