satellite   Azerspace-1: 11135 H 30000

Türkiyənin XİN başçısı: “Azərbaycanın İrandakı səfirliyinə hücumu bir daha qınayıram”

Türkiyənin XİN başçısı: “Azərbaycanın İrandakı səfirliyinə hücumu bir daha qınayıram”

“Azərbaycanın İrandakı səfirliyinə hücumu bir daha qınayıram”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gənc diplomatlarla görüşündə deyib.

O bildirib ki, indiyədək erməni terrorçularının hücumu nəticəsində bir neçə türk diplomatı şəhid olub: “Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM