satellite   Azerspace-1: 11135 H 30000

Fransa XİN Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyib

Fransa XİN Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyib

Fransa Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qınayır.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu haqda Fransa Xarici İşlər Nazirliyinin (XİN) yaydığı kommünikedə bildirilir.

Kommünikedə qeyd edilib ki, Fransa Tehranda Azərbaycan səfirliyinə bir nəfərin ölümü və iki nəfərin yaralanması ilə nəticələnən hücumu qınayır. Həlak olmuş əməkdaşın ailəsinə və yaxınlarına başsağlığı verir.

Bildirilib ki, səfirliyə və diplomatlara qarşı hücum qəbuledilməzdir.

İran hökuməti öz ərazilərində olan səfirlikləri və diplomatları qorumaq məsuliyyətini yerinə yetirməyə və bu hücumu aydınlaşdırmağa çağırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM