satellite   Azerspace-1: 11135 H 30000

Səlcuq Bayraktar: “Türk orduları PUA-larla ilk qələbəni Qarabağda qazanıb"

Səlcuq Bayraktar: “Türk orduları PUA-larla ilk qələbəni Qarabağda qazanıb"

“Türk ordusu pilotsuz uçuş aparatları (PUA) ilə ilk qələbəni Qarabağda qazanıb. Müharibə bitəndən sonra Azərbaycan Prezidenti İlham Əliyev məni “Qarabağ” medalı ilə təltif edib”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar “Türkiyə əsri”nin toplantıları çərçivəsində çıxışında deyib.

O bildirib ki, “Bayraktar” dünya tarixində artıq iz buraxıb: “Bu PUA 28 ölkəyə ixrac edilib. Bizdən “Kızıl elma”dan sonra hansı PUA-nın istehsal olunacağı barədə soruşurlar. Kosmosla bağlı araşdırmalar aparmaq təşəbbüsümüzü də ortaya qoymuşuq. 35 nəfərlik komandamız addım-addım böyüyür. 5-10 ildən sonra ölkəmizin kosmosla bağlı işlərinə ciddi dəstək verəcək uğurlara imza atacağımıza inanırıq. “Fərqani” adlı kosmosla bağlı layihəmizlə bəşəriyyətə bu məsələdə də töhfə verəcəyik”.

S.Bayraktar həmçinin xatırladıb ki, “Kızıl elma” Türkiyənin ilk pilotsuz təyyarəsidir: “Beləliklə, gələcəyin savaşında inqilab olacaq. Biz PUA istehsalında uğurlarımızı bundan sonra da davam etdirəcəyik”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM