satellite   Azerspace-1: 11135 H 30000

ATƏT-in Baş katibi: "Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyirəm"

ATƏT-in Baş katibi: "Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyirəm"

"Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyirəm".

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu ATƏT-in Baş katibi Helqa Şmid tviterdə yazıb.

"Həlak olan şəxsin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir", - o bildirib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM