satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və Tacikistan xarici işlər nazirləri arasında telefon danışığı olub

Azərbaycan və Tacikistan xarici işlər nazirləri arasında telefon danışığı olub

Yanvarın 28-də Tacikistanın xarici işlər naziri Sirojiddin Muhriddin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng edərək ölkəmizin İran İslam Respublikasındakı səfirliyinə qarşı edilmiş silahlı hücumu qınadığını, tutulan şəxsin qısa müddət ərzində cəzasını tapmasının zəruri olduğunu vurğulayıb.

Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildiriblər ki, nazir Sirojiddin Muhriddin hücum nəticəsində qətlə yetirilmiş mühafizə xidmətinin rəisinin ailəsinə və Azərbaycan xalqına başsağlığı diləklərini çatdırıb. Tacikistanın Azərbaycana daim dəstək göstərməyə hazır olduğunu bildirib.

Nazir Ceyhun Bayramov başsağlığı və dəstək diləklərinə görə dost Tacikistanın xarici işlər nazirinə minnətdarlığını bildirib. Səfirliyimizə qarşı xain terror aktının icraçısı daxil, bütün sifarişçilərin və təşkilatçıların cəzalandırılmasının tələb olunduğunu diqqətə çatdırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM