“İranın bəzi strukturlarının terror aktının ailə zəminində olmasını iddia etməsi absurddur” - Xələf Xələfov

“İranın bəzi strukturlarının terror aktının ailə zəminində olmasını iddia etməsi absurddur” - Xələf Xələfov

Tehranda səfirliyimizə qarşı terror aktının baş verməsindən dərhal sonra İranın bəzi strukturları terror aktının guya məişət zəminində baş verdiyini deyərək, bunu insanlara sırımağa çalışdılar. Bu absurddur və ictimai fikri məsələnin əsas mahiyyətindən uzaqlaşdırır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

O bildirib ki, Azərbaycanın müvafiq orqanlarında cinayətlə bağlı kifayət qədər tutarlı sübutlar, materiallar var: “Ona görə biz İran tərəfindən tələb edəcəyik ki, istintaq ədalətli aparılsın. Bu işdə əli olan, bu cinayəti törətmiş bütün insanlar ədalət mühakiməsinə cəlb olunmalıdır və öz layiqli cəzasını almalıdır”.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM