Paraqvay hökuməti Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyib

Paraqvay hökuməti Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyib

Paraqvay hökuməti Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Paraqvay Xarici İşlər Nazirliyinin rəsmi tviter səhifəsində paylaşım edilib.

“Paraqvay hökuməti Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyir, bu hərəkətlərin yolverilməz olduğunu bəyan edir, həlak olanın ailəsinə başsağlığı verir, xəsarət alanların tezliklə sağalacağına və faktların aydınlaşdırılacağına ümid edir”, - deyə paylaşımda vurğulanıb.

Qeyd edək ki, 2023-cü il yanvarın 27-də Bakı vaxtı ilə saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın olub.

Hücum edən şəxs “Kalaşnikov” markalı avtomatla silahlanmış olub. Onun açdığı atəş nəticədə mühafizə xidmətinin rəisi Orxan Əsgərov xidməti vəzifəsini yerinə yetirərkən həlak olub, səfirliyin iki əməkdaşı yaralanıb. Hücumla bağlı araşdırma aparılır.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM