satellite   Azerspace-1: 11135 H 30000

Moskvada Ermənistan-Azərbaycan münasibətlərinin normalaşdırılması perspektivləri müzakirə olunub

Moskvada Ermənistan-Azərbaycan münasibətlərinin normalaşdırılması perspektivləri müzakirə olunub

Moskvada Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzinlə Azərbaycanın bu ölkədəki səfiri Polad Bülbüloğlu arasında görüş keçirilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Rusiya Xarici İşlər Nazirliyinin saytına istinadla xəbər verir ki, söhbət zamanı Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin müddəalarının icrası kontekstində ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivləri müzakirə olunub.

Həmçinin bir sıra beynəlxalq və regional məsələlərə, o cümlədən Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarının icrası əsasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması perspektivlərinə toxunulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM