satellite   Azerspace-1: 11135 H 30000

Müdafiə Nazirliyinin tibb ehtiyatından Türkiyəyə yardım göndərilib - FOTOLAR

Müdafiə Nazirliyinin tibb ehtiyatından Türkiyəyə yardım göndərilib<font color=red> - FOTOLAR</font> Müdafiə Nazirliyinin tibb ehtiyatından Türkiyəyə yardım göndərilib<font color=red> - FOTOLAR</font> Müdafiə Nazirliyinin tibb ehtiyatından Türkiyəyə yardım göndərilib<font color=red> - FOTOLAR</font> Müdafiə Nazirliyinin tibb ehtiyatından Türkiyəyə yardım göndərilib<font color=red> - FOTOLAR</font> Müdafiə Nazirliyinin tibb ehtiyatından Türkiyəyə yardım göndərilib<font color=red> - FOTOLAR</font> Müdafiə Nazirliyinin tibb ehtiyatından Türkiyəyə yardım göndərilib<font color=red> - FOTOLAR</font> Müdafiə Nazirliyinin tibb ehtiyatından Türkiyəyə yardım göndərilib<font color=red> - FOTOLAR</font>

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, Türkiyədə baş vermiş zəlzələdən zərər çəkən insanlara dəstək məqsədilə həyata keçirilən yardım tədbirləri davam edir.

Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyinə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, zəlzələ nəticəsində xəsarət alanlara dəstək olaraq, Müdafiə Nazirliyinin Tibb İdarəsinin ehtiyatından qardaş ölkəyə zəruri tibbi ləvazimatların göndərilməsi həyata keçirilib.

Tibb İdarəsinin rəhbər heyətinin iştirakı ilə qan əvəzediciləri, antibiotiklər, sarğı və tikiş materialları, dezinfeksiya edicilər, eləcə də digər məsrəf tibbi əmlakdan ibarət, ümumilikdə 15 tonluq yük nəqliyyat vasitəsilə Türkiyəyə yola salınıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən qardaş ölkəyə yardım məqsədilə Azərbaycan Ordusunun bir qrup tibb personalı Kahramanmaraşda zəlzələ nəticəsində xəsarət alanlara səhra hospitalında tibbi xidmət göstərirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM