satellite   Azerspace-1: 11135 H 30000

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması məsələləri müzakirə olunub

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması məsələləri müzakirə olunub

Rusiya və Ermənistan xarici işlər nazirləri Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması məsələlərini müzakirə ediblər.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, fevralın 10-da Rusiyanın və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrov və Ararat Mirzoyan arasında telefon danışığı olub.

Rusiya XİN-in məlumatında bildirilir ki, S.Lavrov regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasının, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası, sülh müqaviləsinin parametrlərinin razılaşdırılması, ictimaiyyətin nümayəndələri, ekspertlər və parlament üzvləri arasında dialoq da daxil olmaqla üçtərəfli müqavilələrin bütün şərtlərinin reallaşdırılmasının vacibliyini vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM