satellite   Azerspace-1: 11135 H 30000

NATO Baş katibinin müavini Azərbaycanla Ermənistan arasında normallaşma prosesi barədə məlumatlandırılıb

NATO Baş katibinin müavini Azərbaycanla Ermənistan arasında normallaşma prosesi barədə məlumatlandırılıb

Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə NATO Baş katibinin müavini Mirça Ceoana ilə görüşüb.

Nümayəndəlikdən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, görüş zamanı NATO-Azərbaycan tərəfdaşlığı, Azərbaycanın beynəlxalq sülh və təhlükəsizlik, habelə enerji təhlükəsizliyinə verdiyi töhfələr ətrafında faydalı fikir mübadiləsi aparılıb.

Cəfər Hüseynzadə Azərbaycanla Ermənistan arasında normallaşma prosesi və regiondakı vəziyyət barədə Mirça Ceoanaya məlumat verib.

NATO Baş katibinin müavini Azərbaycan Prezidenti İlham Əliyevə səmimi salamlarını çatdırmağı xahiş edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM