satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın xarici işlər naziri Misirə işgüzar səfərə yola düşüb

Azərbaycanın xarici işlər naziri Misirə işgüzar səfərə yola düşüb

Fevralın 12-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərinə işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildiriblər ki, səfər çərçivəsində nazirin ikitərəfli görüşlərinin keçirilməsi və Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində Ərəb Dövlətləri Liqasının “Qüds şəhəri və onun əhalisinə dəstək” mövzusunda yüksək səviyyəli beynəlxalq konfransında iştirakı nəzərdə tutulur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM