satellite   Azerspace-1: 11135 H 30000

Ceyhun Bayramov Qazaxıstanın yeni təyin olunmuş xarici işlər nazirini təbrik edib

Ceyhun Bayramov Qazaxıstanın yeni təyin olunmuş xarici işlər nazirini təbrik edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstanın yeni baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleunu vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyinə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Azərbaycan və Qazaxıstan arasında mövcud ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyindən məmnunluqla bəhs edən nazir Ceyhun Bayramov iki ölkə arasında dostluq, qardaşlıq, həmrəyliyə əsaslanan münasibətlərin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə dair əminliyini diqqətə çatdırıb.

Telefon danışığı zamanı, həmçinin Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri, o cümlədən regionda cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM