satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna portalı: Ermənistan beynəlxalq konvensiyaları pozaraq Azərbaycan ərazilərini minalayır

Ukrayna portalı: Ermənistan beynəlxalq konvensiyaları pozaraq Azərbaycan ərazilərini minalayır

Ermənistan beynəlxalq konvensiyaların tələblərini pozaraq Azərbaycan ərazilərini minalayır.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukraynanın obozrevatel.com saytında dərc olunan məqalədə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu sədrinin müavini Murad Cəfərov yazıb.

Məqalədə qeyd olunub ki, minalardan istifadənin qarşısının alınması istiqamətində beynəlxalq səylərə baxmayaraq, dünyanın 70 ölkəsində, o cümlədən Azərbaycan və Ukraynada bir çox ərazilər minalanıb.

Vurğulanıb ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 4-cü bəndinə zidd olaraq, Ermənistan Azərbaycan ərazisində qeyri-qanuni hərbi fəaliyyətini davam etdirir, nəinki qoşunlarını Azərbaycan ərazisindən tam çıxarmayıb, hətta təxribat törətməkdə davam edir. Azərbaycan ərazisində aşkar edilmiş külli miqdarda mina bu təxribatçı fəaliyyətə əyani sübutdur.

2020-ci ildə Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 288 azərbaycanlı mina partlayışlarının qurbanı olub, onlardan 50-si həyatını itirib. Ermənistanın mina terrorunun son qurbanları martın 16-da həlak olan iki dinc azərbaycanlıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM