satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə MN: "İndiyədək Azərbaycana 20 MEMATT minatəmizləyən maşın təhvil vermişik"

Türkiyə MN: "İndiyədək Azərbaycana 20 MEMATT minatəmizləyən maşın təhvil vermişik"

"Bu günə qədər Azərbaycana Türkiyənin istehsalı olan 20 MEMATT (Mexaniki Mina Təmizləmə Təchizatı) minatəmizləyən maşın təhvil vermişik".

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu jurnalistlərə Türkiyə Milli Müdafiə Nazirliyinin nümayəndəsi Yasin Arslan deyib.

Onun sözlərinə görə, "MEMATT" minatəmizləyən texnikası 500 metr məsafədən idarə olunur:

"Texnika saatda 4 km sürətlə irəliləyə bilir. Torpaq qatının 25 sm dərinliyə qədər enib təmizləmə işləri aparır. 1,7 metr eni, 1 km uzunluğu olan ərazini 1 saat ərzində minalardan təmizləmə qabiliyyətinə malikdir".

Y.Arslan onu da bildirib ki, Azərbaycan tərəfində texnikaların istifadə qaydası ilə bağlı təlim də keçirilib:

"İşğaldan azad olunmuş bütün rayonlarda bu texnikalardan istifadə edilir. Hazırda işlərimiz Ağdam və Füzulidə daha intensiv şəkildə davam etdirilir. Çünki hədəf bu torpaqları tez bir zamanda normal qaydaya salmaqdır".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM