Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana işgüzar səfəri aprelin 8-də başa çatıb.
Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Baş nazir İrakli Qaribaşvilini rəsmi şəxslər yola salıblar.
