satellite   Azerspace-1: 11135 H 30000

Sentyabr döyüşlərində məhv edilən 157 nəfər erməni hərbçisi tapılaraq təhvil verilib, 17 nəfər isə azad edilib

Sentyabr döyüşlərində məhv edilən 157 nəfər erməni hərbçisi tapılaraq təhvil verilib, 17 nəfər isə azad edilib

12-14 sentyabr 2022-ci il tarixində şərti sərhəddə baş vermiş döyüş prosesində meyiti tapılaraq təhvil verilən və azad edilən erməniəsilli şəxslərin sayı açıqlanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu "Report"a müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

O bildirib ki, 12-14 sentyabr 2022-ci il tarixində şərti sərhəddə baş vermiş döyüş prosesində məhv edilmiş 157 nəfər erməni hərbçisi tapılaraq təhvil verilib:

"Vətən müharibəsi başa çatandan hazırkı vaxta qədər Azərbaycan Respublikası 181 erməni əsilli şəxsi azad edərək təhvil verib. Azad edilmiş 181 erməni əsilli şəxslərdən 17 nəfəri 12-14 sentyabr hadisələrində saxlanılan Ermənistan hərbçiləri olub".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM