satellite   Azerspace-1: 11135 H 30000

Fransa zülmünə qarşı gərginlik artır: əsir saxlanılan adadan dəhşətli görüntülər - VİDEO

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) Fransanın Korsika adasından videoreportaj hazırlayıb.

Videoreportajda korsikalıların azadlıq mübarizəsinin hələ XVIII əsrdən başladığı vurğulanıb. Qeyd olunub ki, kolonial siyasət yürüdən mərkəzi hakimiyyət iki əsrdən çoxdur ki, bu haqq səsini boğur.

Fransa bu gün korsika xalqı ifadəsini öz konstitusiyasına zidd hesab edir, dövlət müəssisələrində korsika dilində danışmağı qadağan edir. UNESCO-nun məlumatına görə, təxminən 150 min nəfərin danışdığı korsika dili yox olmaq təhlükəsi ilə üz-üzədir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi "Fransa zülmünə qarşı gərginlik artır: əsir saxlanılan adadan dəhşətli görüntülər" adlı həmin videoreportajı təqdim edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM